Qarabağ”ın futbolçusu Leandro Andradenin “Krasnodar” klubuna transfer olunma durumuna aydınlıq gəlib.
Bu barədə yarımmüdafiəçinin meneceri Uqo Kayudo Rusiya mətbuatına açıqlama verib. O, Premyer Liqa təmsilçisindən təklif almadıqlarını bildirib:
“Rusiyadan bizimlə heç kim əlaqə saxlamayıb. Bəlkə də, klub maraqlanır, amma mən bu barədə heç nə bilmirəm”.
Qeyd edək ki, Leandro Andradenin “Qarabağ”la mövcud müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir