Rusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlıların komandanı, general-mayor Andrey Volkovu vəzifəsindən geri çağırmaq barədə qərar qəbul edib.
Onu general-polkovnik Aleksandr Lentsov əvəz edib.
Qeyd edək ki, vaxtilə Lentsov Rusiya Hərbi Hava Qüvvələri Komandanının müavini (2009-2013), Quru Qoşunlarının Ali Baş Komandanının müavini (2013 – 2020) olub. General-polkovnik 2020-ci ildən Rusiya Müdafiə nazirinin müşaviridir. (oxu.az)
