Qafqaz qaynayır: yeni dövlətlər yarana bilər – Sərhədlərimizdə XAOS PLANI

0
24

Gürcüstanda hakim “Gürcü arzusu”nun parlament seçkilərini qazanmasından sonra gərginlik hələ də davam edir.

Türkiyəli ekspertlər Gürcüstanda Qara dəniz uğrunda mübarizənin getdiyi və Cənubi Qafqazda II Ukrayna ssenarisinin tətbiq edilməsi planlarının olduğunu iddia edirlər.

Beynəlxalq münasibətlər üzrə ekspert İkbal Dürre hesab edir ki, Qərb Rusiyanın Qafqaz siyasətinə qarşı planlar qurur: “Gürcüstanda baş verənlər Ukraynadakı siyasətin davamıdır”.

Siyasi şərhçi Ümit Nazmi Hazır qeyd edib ki, II Qarabağ müharibəsi və Ukrayna müharibəsindən sonra Cənubi Qafqazda vəziyyət tamamilə dəyişdi.

“Ermənistan sürətlə Qərə yaxınlaşdı, Gürcüstan isə Rusiya ilə əməkdaşlığı genişləndirdi. Ermənistanın Qərbə yaxınlaşmasından sonra Gürcüstan Moskva üçün daha da əhəmiyyətli oldu. Ermənistandan sonra Gürcüstanın Qərb xəttini davam etdirməsi Rusiyanın Cənubi Qafqazda təsirinin bitməsi deməkdir. Bu baxımdan, Qafqazda hadisələrin inkişafı Rusiya-Ukayna müharibəsinin nəticəsindən asılı olacaq”, – o deyib.

Xarici siyasət üzrə mütəxəssis Sait Yılmaz isə bildirib ki, Gürcüstan Rusiyanın iki “yumşaq qarnı”ndan biridir: “Digəri isə Ukraynadır. Gürcüstan üzərindən Rusiyaya qarşı “ikinci cəbhəni” açmaq planları var. Bu, Qafqazın yeni poliqon olması deməkdir. Bölgədə 50-ə yaxın “dövlət” yarana bilər. Hazırda Gürcüstanda qarışıqlıq var, lakin əsas xaos bütövlükdə bölgədə – Qafqazda baş verir”, – türkiyəli mütəxəssis qeyd edib.