Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün

0
248

Kürdəmir rayon Dəyirmanlilar kəndinin şəhidi Əzizov Nəzərin məzarının ziyarət edib , ailəsinə , yaxınlarına başsağlığı verdik.

2016- cı il aprel döyüşlərində qəhrəmancasına iştirak etmişdir. Sonra ikinci Qarabağ müharibəsindən iştirak etmişdir.
Fəxri fərmanlarla, medallarla təltif olunmuşdur.

Xüsusi Təyinatlı Qüvvələrin bütün əməliyyatlarında və Zəfər Paradı , Ordunun 100 illik Paradında iştirak etmiş , 100 illik medalı ilə təltif olunmuşdur.

Əzizov Nəzər Agacəlil oglu 2022 sentyabr ayının 12 – dən 13- nə keçən gecə qisas əməliyyatını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur.

Şəhidin iki övladı var, oglu bu il birinci sinifə gedəcəkdi.
Qızı isə hələ kiçikdir
Allah ailəsinə səbr versin.
Anası gözyaşları ilə övladından doymadıgını dedi.
Şəhid anaları , anaya səbirli olmağı məsləhət gördülər.

Şəhidin qızı İnci atasının şəkillərin bərk- bərk qucaqlayıb öpürdü.
İnci balamıza isə nə isə deyə bilmədik, sözün bitdiyi bir yerdir.

Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların
Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon numayəndliyi rəhbəri