ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında danışıqların uğurlu olması üçün birincisi başa düşməlidir ki, Rusiya Ukraynada qalib gəlib.
Geosiyasi ekspert, Helsinki Universitetinin professoru Tuomas Malinen “X” sosial şəbəkəsindəki səhifəsində bunu əsas şərt kimi qeyd edib.
Malinenin sözlərinə görə, Ukraynadakı münaqişədə vəziyyət elə inkişaf edir ki, rus qoşunlarının irəliləməsinin dərinliyi rusların öz istəklərindən asılıdır və Qərb bu faktı nəzərə almalıdır.
“Bu, faktdır və bütün sülh danışıqları üçün başlanğıc nöqtəsidir”, – deyə ekspert əlavə edib.