Ermənistanın beynəlxalq hüquq baxımından Azərbaycan ərazisi olduğu üçün özü də Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında jurnalistin müvafiq sualını cavablandırarkən deyib.
Rusiya prezidenti hesab etmir ki, bu il Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması bəzi xarici qüvvələrin müdaxiləsi nəticəsində olub.
“Vəziyyət nəzarətdən çıxdı, bu gərginlik uzun illər davam etdi. Dəfələrlə az-az atışmalar olurdu. Nəticədə bu, münaqişəyə çevrildi”, – o qeyd edib.
Prezident bildirib ki, bölgədə hərbi əməliyyatların tamamilə dayandırılması barədə 9 noyabr tarixində imzalanan birgə bəyanatın qüvvəyə minməsindən sonra Dağlıq Qarabağda atəşkəs bir dəfə pozulması baş verib. Putin ümid edir ki, daha belə hallar olmayacaq.
“Atəşkəs pozuntularının baş verməsi – bu, yalnız bir dəfə baş verdi. Ümid edirəm ki, bir də təkrar olunmayacaq. Bütün razılaşan tərəflər bizim və Minsk qrupunun (ATƏT) vasitəçiliyi ilə danışıqlar masasına otura biləcəklər. Əsas odur ki, proses başlanmalı və müsbət nəticə ilə başa çatmalıdır”.
Putin hesab edir ki, təkcə Rusiya yox, Qarabağla bağlı beynəlxalq vasitəçilər də sözlərdən hərəkətə keçməli, yerli əhaliyə kömək etməlidirlər.