Putin Qərbin şok planını açıqladı: Rusiyanı parçalamaq və…

0
139

Rusiya prezidenti Vladimir Putin Rus Pravoslav Kilsəsinin çətiri altında keçirilən Ümumdünya Rus Xalqları Şurasına videomüraciət göndərib.

Çıxışında mühafizəkar dəyərlər və Rusiyanın dünyadakı mövqeyi ilə bağlı mühüm açıqlamalar verən Putin Qərb ölkələrini hədəfə alıb. Rusiyanın böyük və multikultural bir ölkə olduğunu və ölkəsinin mədəniyyət, adət-ənənə və adət müxtəlifliyinə görə üstünlüyə malik olduğunu bildirən Putin qeyd edib ki, Qərbin istəyi Rusiyanı parçalamaq və talamaqdır:

“Biz hansı təhlükə ilə üzləşdiyimizi bilirik. Bu gün rusofobiya və digər irqçilik və neonasizmin formaları demək olar ki, Qərbin hakim elitalarının rəsmi ideologiyasına çevrilib. Bu, təkcə ruslara deyil, Rusiyanın bütün xalqlarına yönəlib. Mədəniyyətlər, adət-ənənələr, dillər və etnik qruplar arasında müxtəlifliyimiz və birliyimiz sadəcə olaraq qərbli irqçilərin və müstəmləkəçilərin zehinlərinə və onların tam parçalanma, zülm və istismara dair qəddar planlarına qətiyyən uyğun gəlmir.

Vurğulamaq istərdim ki, millətlərarası və ya dinlərarası qarşıdurma törətməyə yönəlmiş hər bir kənar müdaxiləni, təxribatı, ölkəmizə qarşı aqressiv hərəkətlər olaraq görürük. Biz buna qarşı mövqeyimizi ortaya qoyacağıq”.