Putin nəhəng kosmodromu Ərdoğana niyə təklif etdi?

0
434

Kreml Türkiyəyə Rusiya və Qazaxıstanla birlikdə “Baykonur” kosmodromunun istismarı layihəsinə qoşulmağı təklif edib. Söhbət Qazaxıstan ərazisində yerləşən ilk və dünyada ən böyük kosmodromdan gedir. Uzun müddət sözügedən kompleks Rusiya tərəfindən istirmarda olub. Ancaq 2015-ci ildə Astanada (indiki Nur-Sultan) Rusiya və Qazaxıstan raket buraxılışlarının keçirilməsi zamanı əməkdaşlıq haqqında hökumətlərarası müqavilə imzalayıb.
Rusiya nə üçün belə bir təklif edib? Qazaxıstanda buna reaksiya necə olacaq? Türkiyənin bunda real marağı varmı?
Bu və digər suallar ətrafında Axar.az-a danışan Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya Kafedrasının dosenti, “Rusiya Zabitləri” ictimai təşkilatının Ekspertlər Şurasının üzvü Aleksandr Perenciyev qeyd edib ki, Moskva Ankaranın öz kosmik aparatlarını daşıması üçün raket ayırmağa hazırdır.
“Türkiyə türk dünyasının lideri roluna iddia edir. Rus və türk dünyası vahid institutlar yaradırlar. Birgə fəaliyyət institutlarından biri də kosmik fəaliyyət və “Baykonur” kosmodromunun istismarı ola bilər. Türkiyə ilə Rusiya artıq iqtisadi və hərbi-texniki sahədə əməkdaşlıq edir. İndi isə eyni zamanda kosmik əməkdaşlıq da olacaq”, – ekspert qeyd edib.