Pul siyasəti sərtləşdirilə bilər – Mərkəzi Bank açıqladı

0
382

2022-ci ildə Azərbaycanda inflyasiyanın hədəf diapazonunun yuxarı həddinə çatması, hətta bir qədər də yüksəlməsi mümkündür. Bu vəziyyətdə pul siyasətinin daha sərt rejimə keçirilməsi zərurəti yarana bilər. Bunu Azərbaycan Mərkəzi Bankı proqnozlaşdırır.  Mərkəzi Bankın açıqladığı 2022-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir ki, gələn il üçün pul siyasətinin son hədəfi inflyasiyanın 2-6 faiz dəhlizində idarə olunmasıdır. Bəyanatda qeyd edilir ki, yenilənmiş son inflyasiya proqnozlarına görə baza proqnozunda qeyd olunan şərtlər daxilində 2022-ci ilin ikinci yarısından inflyasiyanın bu diapazonun yuxarı intervalına doğru irəliləməsi baş verəcək.  Mərkəzi Bank monetar siyasətini qiymətlər sabitliyi ilə iqtisadi artım və məşğulluq məqsədləri arasında çevikliyi saxlamağa uyğun quracaq: “Lakin situasiya qeyd olunan baza ssenaridən kənarlaşdığı təqdirdə pul siyasətinin daha sərt rejimə keçirilməsi zərurəti yarana bilər”.