Bu dünyada nə qədər insan yaşayırsa ondan on qat artıq problem var.
Kimisi ailəsində, kimisi işində, kimisi sosial həyatında, kimisi maddi həyatda, kimisi şəxsi həyatında fərqli problemlərlə üzləşir.
Bu problemlərinin çox hissəsinin qaynağı dövlət başçısının və yerli rəhbərlərin fəaliyyəti ilə əlaqələndirilir.
Gəlin, başqa dövlətlərdə problemlərin olmadığını düşünənlərin yaşadığı öz ölkəmizdən danışaq.
Dövlət başçımızın ayırdığı minlərlə maddi vəsaitin ünvanlarına düzgün çatdırılmaması yerli hüquqi şəxslərin cəzalandırılması ilə müşayiət olunsa da problemlər qurtarmış olmur. Hər bir problemin ardınca başqa problemlər ortaya çıxır. Və yüzlərcə insan problemlərin yaranmasını dövlət başçının fəaliyyəti ilə əlaqələndirir.
Minlərlə digər insanlar isə dövlət başçısının fəaliyyətini qiymətləndirməyi bacarır və həyatın problemsiz olmadığı ilə razılaşa bilir. Bu isə iki insan ordusu arasında münaqişələrə səbəb olur. Azlığın çoxluğa tabe olması ilə razılaşsaq maddi vəziyyəti yaxşı olanların kasıblardan az olduğu üçün varlıların kasıblara yardımını da unutmamalıyıq. Bu yardımın fərdi və müxtəlif qruplar, cəmiyyətlər tərəfindən həyata keçirilməsi narazlıqları son qoymuş olmasa da ümumxalq ehtiramını qazanmış olur.
Dövlət və xalq yardımlarının ardı-arası kəsilmir.
Bu dünyada ən yaxşı yaşayanların prezidentlər, ən pis yaşayanların isə şikəst və imkansızlar olduğunu bu həyatda maddi durumun xoşbəxtliyin açarı olduğunu düşünənlər çox böyük səhv edirlər.
Bir özünün və ailəsinin dərdini düşünənlərlə bir ölkənin ehtiyaclarını düşünənin fərqini izah etməyə yəqin ki, ehtiyac yoxdur.
Varlı insanların problemləri imkansızılardan daha çoxdur. İmkansızların üz tutduğu bu ünvan mənsub olduğunu qorumaq üçün saysız problemlər həll etməlidir. Çətinliksiz keçirilən yol yoxdur. Həyatda məqsədimizə çatdığımız sevincli günlərin harayı çətin günlərimizə kölgə sala bilir.
Həyatımızın günəşinə, ayına, torpağına, suyuna, gül-çiçəyinə, meyvəsinə də şükür etməyi bacarmalıyıq.
Həsəd hissindən uzaq olmalıyıq. Problem yaradan hisslərdən biri olan həsəd insanların varlığını daraldır.
Bu dünyada yaxşılıqlarla pisliklərin bərabər bölündüyünə inananlar isə xoşbəxtliyin açarını əldə etmiş olur.
Əsas problem olan qəlb narahatlığına son qoymaq hər bir kəsə nəsib olmasa da onlara xoşbəxtlərin yardımından mütləq pay düşəcək.
Sənubər