Prezident Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verdi

0
455

Prezident İlham Əliyev Hikmət Mirzəyevə ali hərbi rütbənin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, general-mayor Hikmət İzzət oğlu Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Hikmət Mirzəyev Xüsusi Təyinatlı Qüvvələrin komandanıdır.

Xatırladaq ki, oktyabrın 4-də İlham Əliyev Hikmət Mirzəyevi və onun rəhbərlik etdiyi şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun doqquz kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib.