Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru bundan əlavə daha bir ordenin laureatı və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının sahibidir
Prezident İlham Əliyev Heydər Əsədovu ordenlə təltif edib.
Bu barədə Prezident Sərəncam imzalayıb: “Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə Heydər Xanış oğlu Əsədov “Şöhrət” ordeni ilə təltif edilsin”.
Xatırladaq ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, Azərbaycan Respublikasının keçmiş Kənd Təsərrüfatı naziri Heydər Əsədov eləcə də 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni laureatı (2011), “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının (2019) sahibidir.