“Pfizer/BioNTech” peyvəndinin bir dozasının təsiri açıqlandı

0
384

Britaniya alimləri İsraildə “Pfizer/BioNTech” peyvəndi olanların məlumatlarını analiz edərək bir dozanın təsirini hesablayıblar.

Mütəxəssislər peyvəndin bir dozasının insanlarda 90 faizə yaxın immunitet yaratdığını deyiblər.

Araşdırmaya görə, orqanizm “Pfizer/BioNTech” peyvəndinin tətbiqindən 14 gün sonra anticism istehsal etməyə başlayır və ikinci dozanın 21-ci günü qoruma nisbəti 90 faizə qədər artır.

“Biz peyvəndin effektivliyinin insanlar peyvənd olunduqdan təxminən 14 gün sonra hələ də sıfır olduğunu gördük. Ancaq 14-cü gündən sonra immunitet tədricən gündən-günə artaraq 21-ci gündə təxminən 90 faizə çatdı. Bütün müşahidə olunan irəliləmələr ikinci inyeksiyadan əvvəl idi”, – deyə “East Anglia” universitetinin alimləri qeyd ediblər.

Britaniyalı alimlər İsraildə peyvənd olanlar arasında yoluxmanın ilk 8 gündə iki qat artmasını insanların qaydalara daha az riayət etmələri ilə əlaqələndiriblər.