“Pfizer” Azərbaycanı tərk edir

0
323

ABŞ-ın koronavirus (COVID-19) əleyhinə vaksin istehsalçısı – “Pfizer H.C.P. Corporation” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində məlumat verilib.

Bildirilib ki, kreditorlar tələblərini iki ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 43, mənzil 17/2 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, sözügedən nümayəndəlik 2009-cu ildə yaradılıb.