Payız depressiyasının səbəbləri

0
566

Yay bitdi. Artıq payızın ilk günlərini yaşayırıq. Hazırda elə bir fəsildəyik ki, həyat dolu insanlar belə depressiyanın ən geniş yayılmış növü olan mövsümi və ya “payız depressiyası” yaşayır. Payızın gəlməsi ilə bir çox insan xüsusi səbəb olmadan daha kədərli və hüznlü olur. Qısalmış günlər, tutqun hava, boz təbiət…
Bütün bunlar payız depressiyasının yaranmasına səbəb olur və dünyada hər beş insandan biri bu depressiya növündən əziyyət çəkir.
Payız depressiyası əhvalın dəyişkən, çox vaxt onun aşağı olması, müəyyən situasiyalarda insanın təfəkkürünün donması, hərəkət aktivliyinin tormozlanması ilə xarakterizə edilən psixoemosional vəziyyətdir. Mütəxəssislər hesab edir ki, payız depressiyasına məruz qalan insan həyatda öz yerini tapa bilmir, öz istəklərini boğur və məmnunluq hissini itirir. Bu daha çox psixoloji olaraq depressiyaya meyilli olan insanlarda baş verir.
Depressiyanı ümumiyyətlə, biz daha çox soyuq aylarda müşahidə edirik. Orqanizm də istiyə öyrəşir və adaptasiya olunur. Amma o mühitdən başqasına keçəndə bir az deqradasiya formasında depressiya yaranır.
Payızda günəş şüalarının azalması orqanizmdə melotonin hormonunun artmasına səbəb olur ki, bunun nəticəsində də əhval-ruhiyyə aşağı düşür. Mütəxəssislər hesab edir ki, belə hallarda qidalanmaya diqqət etmək lazımdır. Kalorili yeməklər yemək vacibdir.
İşığın azalması ilə başlayan depressiya
Lakin araşdırmalar göstərir ki, bizim əhvalımızı kədərli, iş qabiliyyətimizi aşağı, davranışımızı apatik edən öz-özlüyündə təkcə havaların pisləşməsi deyil. Bu fenomenin fizioloji izahı da var. Bir qrup alim hesab edir ki, işığın azalması ilə əhvalın pozulması “bioloji saatlar”ın pozulması nəticəsində baş verir. Depressiyadan əziyyət çəkən insanlarda minimum bədən temperaturu səhər saat 06:00-da müşahidə olunur, normalda isə bu, gecə saat 03:00-da olmalıdır. Buna görə də onlar səhərlər çətin oyanır, gecələr isə pis yatırlar. Bu insanlar 06:00-08:00 arası parlaq işıq terapiyası aldıqda nəinki onların əhvalı düzəlir, həm də bədən temperaturunun minimumu daha erkən vaxta keçir