Paşinyanla separatçılar bir-birini ittiham etdi – Qarşıdurma böyüyür

0
194

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı separatçı rejimin bəyanatına münasibət bildirib.

Paşinyan belə mövqeyin heç bir fayda vermədiyini deyib.

“Qarabağ “hakimiyyəti” vəziyyəti daha da gərginləşdirə biləcək bəyanatlardan çəkinməlidir. Belə bəyanatların heç bir faydası yoxdur”, – deyə Nikol bildirib.

Qeyd edək ki, Paşinyanın mətbuat konfransında səsləndirdiyi fikirlər separatçı rejimin narazılığına səbəb olub. Qondarma rejimin “təhlükəsizlik şurası” erməni baş nazirin fikirlərini müzakirə edərək, etiraz bəyanatı qəbul edib.

Paşinyanın son cavabı isə İrəvanla separatçı rejim arasında qarşıdurmanın yenidən açıq mərhələyə keçdiyini təsdiq edir