Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan döyüşlərdə ölən erməni əsgərin ailəsi ilə görüşüb.
Anna görüş zamanı zaman evin azyaşlı uşağını qucağına alıb, digər uşaq ilə də ölən əsgərin fotosunun yanında dayanaraq “həmdərd” olduğunu göstərməyə çalışıb.
Ermənilər paylaşımın rəy bölməsinə təhqir dolu ifadələr yazıblar.
Anna qısa müddət ərzində ermənilərin ona yazdığı mənfi rəyləri paylaşımında silib.
Qeyd edək ki, Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bir müddət əvvəl də döyüşlərdə ölən erməni əsgərin ailəsini ziyarət edərkən tənqidlərə tuş gəlmişdi. Ölən əsgərin anası ağladığı zaman Akopyanın telefonla oynamağa davam etməsi hər kəsi qəzənləndiribmişdi.