Ermənistan hökuməti Qarabağdan qayıdan ermənilərə “qaçqaın statusu” vermək qərarına gəlib. Lakin bu addım erməni ictimai rəyində birmənalı qarşılanmayıb.
Bu barədə “Hraparak” nəşri yazır.
Nəşr yazır ki, Qarabağdan gedən ermənilərin bir qismi bunu səbirsizliklə gözləyirdi: “Çünki onların Ermənistan hökumətinə ümidi yoxdur və bu statusla istənilən ölkədə siyasi sığınacaq almaq imkanları var. Digərləri – (qondarma) “artsax”ın gələcəyinə ümid bəsləyənlər isə məyusdurlar.
Onlar hesab edirlər ki, Paşinyan yaxın gələcəkdə ermənilərin Qarabağa yenidən köçməsi məsələsi ilə məşğul olmaq niyyətində deyil. “Əvəzində o, baş ağrısından xilas olmaq istəyir və belə bir status verməklə ermənilərin başqa ölkələrə getməsini stimullaşdırır”, – nəşr yazır və qeyd edir ki, Paşinyan “insan yoxdursa, problem də yoxdur” prinsipindən yanaşır.