Ermənistanın Baş naziri Nikol Paşinyan hazırki mərhələdə Qarabağ məsələsinin diplomatik həlli olmadığını deyib.
“İnterfax-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə o, “Facebook” hesabında canlı yayımda bildirib:
“Qarabağ probleminin ən azından indiki mərhələdə diplomatik həll yolu yoxdu. Və bu mərhələdən başlayaraq çox uzun müddətdə də diplomatik həll yolunun olmayacağını anlamalıyıq”.
Onun sözlərinə görə, Ermənistan problemi qarşılıqlı kompromis əsasında həll etməyə hazır olduğunu bəyan edib:
“Bu o deməkdir ki, problemin həlli adı ilə tələblər səviyyəmizi azalda bilərik, amma qarşı tərəf də buna razı olmalıdır. Lakin təcrübə göstərdi ki, Ermənistan üçün məqbul olan hər şey artıq Azərbaycan üçün qəbul edilməzdir. Bu, onu göstərir ki, heç olmasa bu mərhələdə diplomatik həll yolu haqqında danışmaq onsuz da mənasızdır”.