Paşinyan: “Qarabağ Ermənistanın nəzarətindən çıxıb, biz ancaq başqa yerlərdə verilən qərarları icra edirik”

0
227

“Köhnə dünya düzəni dağılır və onun dağıntıları altında qalmamaq vacibdir”.

Erməni mediasının məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan siyasi təşkilatın altıncı qurultayında danışıb.

Çıxışı zamanı o, hakimiyyətə gəldikdən sonra dövlətçiliyin əsaslarını bərpa etməyə çalışdığını qeyd edib. Baş nazirin sözlərinə görə, 44 günlük müharibə və nəticələri onun üçün əsas və ən qlobal problemə çevrilib.

“Bizim üçün “Dağlıq Qarabağ”ı danışıqlar prosesinə danışıqlar aparan tərəf kimi cəlb etmək vacib idi, lakin məlum oldu ki, bu, artıq Ermənistanın nəzarətində deyil, çünki Ermənistan ancaq başqa yerlərdə qəbul edilmiş qərarları sakitcə icra edir”, – Paşinyan bildirib.

Paşinyan silahdaşlarını cəsarətli olmağa və çökməkdə olan dünya nizamı şəraitində Ermənistana dövləti və dövlətçiliyi qorumaq üçün yeni strategiya, yeni baxış lazım olduğunu etiraf etməyə çağırıb.