Ermənistan hökuməti Azərbaycanla sülh gündəmini həyata keçirmək əzmindədir.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə keçirdiyi brifinqdə bildirib.
Ermənistan hökumətinin başçısının sözlərinə görə, İrəvan bu istiqamətdə səylərini davam etdirəcək.
O həmçinin bildirib ki, bugünkü danışıqlarda Kobaxidzeyə Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinin gedişi və əldə olunmuş razılaşmalar barədə məlumat verib.