Paşinyan: “Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”

0
159
Question and answer session of the RA National Assembly and RA Government took place at the RA National Assembly

“Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Milli Assambleyasında hökumət saatı zamanı deyib.

Onun sözlərinə görə, iki mərhələ mövcuddur: Madrid prinsiplərinin qəbuluna qədər və ondan sonra: “2007-ci ildə Madrid prinsipləri ortaya çıxdı. Müəyyən edildi ki, Qarabağın statusu hansısa mexanizmlə dəqiqləşdirilməlidir və bu statusun dəqiqləşdirilməsi mexanizmi məhz Azərbaycanla razılaşdırılmalıdır. Madrid prinsiplərindən sonra Ermənistan tərəfinin “möhtəşəm” diplomatiyası nəticəsində Azərbaycan Qarabağın öz müqəddəratını təyin etməsində başlanğıc nöqtəyə çevrilib”.

N.Paşinyan qeyd edib ki, Madrid prinsiplərinə görə, Ermənistan Respublikası Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. “Bu faktın üstündən keçə, ondan yayına bilərik, amma bu gün məhz onun “bəhrəsi”ni görürük”, – o fikrini izah edib.

Ermənistan baş naziri 2018-ci ilin may ayından bu yana bu barədə açıqlama verməmələrini hökumətinin səhvi olduğunu vurğulayıb. “Hansısa yolla bu tələdən çıxa biləcəyimizi və ya heç olmasa bu tələdən çıxmağa töhfə verəcəyimizi düşündük. Ancaq tələ beynəlxalq səviyyədə razılaşdırıldığı üçün biz bunu edə bilmədik”, – N.Paşinyan fikrini yekunlaşdırıb.