Paşinyan dəstəsi ilə bu ölkəyə qaçacaq – Ermənilər Putinin son çıxışından qorxur

0
125

“Rusiya bizə açıq mətnlə xəbərdarlıq etdi ki, mövqe tutun. Üstəlik, bu, təkcə hakimiyyətə yox, həm də erməni əhalisinə ünvanlanıb”.

Bu barədə erməni politoloq Argişti Kiviryan Rusiya xarici işlər naziri Sergey Lavrovun son açıqlamasını şərh edərkən deyib.

Erməni politoloq qeyd edib ki, Rusiya vaxtilə Ukraynanı da belə vəziyyət qarşısında qoymuşdu, bunun necə bitdiyini hamımız gördük: “Yəni xalq öz hakimiyyətinin apardığı siyasətə şərikdirsə, deməli, belə adamlara yazığı gəlmir. Rusiya Ukrayna məsələsini həll etdikdən sonra bu bölgəyə üz tutsa, daha sərt olacaq. Putin son çıxışı edəcək. Buna görə ruslar xəbərdarlıq edir ki, aydın xətt tutun və onlar buna görə hərəkətlərini müəyyən etsinlər”.

Kiviryan bildirib ki, Rusiya Nikol Paşinyanın “meymun siyasəti”ndən bezib.

“1920-ci illərdə də analoji hallar yaşanmışdı. Ruslar əvvəlcə xəbərdarlıq etdilər, sonra gəldilər. O vaxt rəhbərlərimiz Avropaya qaçdılar. İndi də eyni vəziyyətdir. Ermənistanın hazırkı rəhbərliyi də təyyarəyə minəcək və Kanadaya qaçacaqlar. Bunun bütün ağrısını da erməni xalqı çəkəcək”, – o deyib.