Altı ayda Azərbaycandan 44 min ton pambıq lifi və 4,6 min ton pambıq ipliyi ixrac edilib.
Dövlət Gömrük Komitəsinin (DGK) ixrac edilən pambıq lifinin dəyəri 59,4 milyon, pambıq ipliyinin dəyəri isə 9,4 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 75,6 milyon dollarlıq 54 min tonadək pambıq lifi, 14,6 milyon dollarlıq 6 min ton pambıq ipliyi ixrac edilib.