Pakistan Əfqanıstanın Xost və Kunar əyalətlərinə bir sıra hava zərbələri endirib. Məlumata görə, hücum naməlum sayda Pakistan təyyarəsi tərəfindən həyata keçirilib.
Xost rəsmiləri hava hücumu nəticəsində 6 nəfərin öldüyünü bildiriblər. Kunar əyalətinin sakinləri isə bölgədə daha 33 nəfərin öldüyünü iddia ediblər.
Qeyd olunub ki, hava zərbələri sərhəddə Şimali Vəziristan rayonunda (Xeyber-Paxtunxva əyalətinin şimal-qərbində) pusqu təşkil edən terrorçuların yeddi pakistanlı əsgəri öldürməsinə cavab olaraq həyata keçirilib.
Mənbə: TASS