Ötən il dünyada öldürülən jurnalistlərin sayı açıqlandı

0
456

“Jurnalistlərin Beynəlxalq Federasiyası” təşkilatının yeni təqdim etdiyi hesabata əsasən, 2020-ci ildə dünyada 65 jurnalist qətlə yetirilib ki, bu da 2019-cu illə müqayisədə 17 nəfər çoxdur.

Ötən il jurnalistlər üçün təhlükəli ölkə Meksika və Əfqanıstan hesab olunub. İl ərzində hər iki ölkədə 10 jurnalist qətlə yetirilib. Pakistan, Hindistan və Suriyanın adları da jurnalistlər üçün təhlükəli ölkələr siyahısına salınıb.

Təşkilatın hesablamalarına görə, 1990-cı ildən bu günə kimi dünyanın müxtəlif yerlərində 2680 jurnalist qətlə yetirilib.