Ötən il ən çox bu nazirlikdə yoxlama aparılıb

0
17

2024-cü ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Baş Prokurorluğun və digər hüquq-mühafizə orqanlarının məktubu və qərarların icrası ilə əlaqədar Elm və Təhsil Nazirliyinə məxsus 41 obyektdə nəzarət tədbiri həyata keçirilib.

Bundan başqa, ötən il Dövlət Xidməti Baş Prokurorluqdan və digər hüquq-mühafizə orqanlarından daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar Mədəniyyət Nazirliyinə məxsus 7 obyektdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus 1 obyektdə, Müdafiə Nazirliyinə məxsus 1 obyektdə, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə məxsus 4 obyektdə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus 1 obyektdə, yerli icra hakimiyyəti və bələdiyyə orqanlarına məxsus 1 obyektdə nəzarət tədbirləri həyata keçirib.