
Azərbaycan hərbçilərinin Gorus-Qafan yolunda görüntüləri yayılıb.
Görüntülər erməni deputat Naira Zöhrabyan tərəfindən sosial şəbəkədəki hesabında paylaşılıb.
Ehtimal olunur ki, görüntülər Gorusdan Bərgüşada qədər, Quql xəritəsinə (Google Maps — red.) görə yolun Azərbaycan ərazisinə daxil olduğu 4 km-lik hissədə qeydə alınıb.