Orban əminliklə bildirdi: Ukrayna müharibəsi bu tarixdə bitəcək – Tərəflərdən biri…

0
12

Ukraynada münaqişə 2025-ci ildə bitəcək. 

Bu sözləri Macarıstanın Baş naziri Viktor Orban “Magyar Nemzet” qəzetinə müsahibəsində deyib.

“Müharibə 2025-ci ildə bitəcək. Bu, ya dinc danışıqlarla, ya da müharibə edən tərəflərdən birinin məhvi ilə başa çatacaq”, – deyə siyasətçi bildirib.

Orban həmçinin qeyd edib ki, Qərb dövlətləri Kiyevə kömək üçün 300 milyard avro xərcləyib. O, Budapeştin Brüsselin təklif etdiyi yolla getmədiyini və Macarıstanın maraqlarına zidd olarsa, Avropa İttifaqının siyasətinə müqavimət göstərməyə çalışdığını vurğulayıb.