Onun çempionluq kəmərini oğurladılar

0
16

UFC-nin sabiq çempionu Henri Sehudo cinayətin qurbanı olub.

Gecədə kimsə onun Finiks bölgəsindəki studiyasına girərək çempionluq kəmərini oğurlayıb.

Döyüşçünün prodüseri Dilan Raş “Arizona’s Family”a bildirib ki, oğru kəmərdən əlavə minlərlə dollar dəyərində kameralar, kompüterlər və sərt disklər də aparıb.

Sehudo qanunla heç bir problem yaşamaması üçün kəməri oğurlayan şəxsdən onu qaytarmasını xahiş edir.

“Mən heç vaxt maddiyatdan əziyyət çəkməmişəm. Amma mənim də xatirələrim var və bu, daha çox uşaqlarım və nəvələrim üçündür”, – sabiq çempion deyib.