Onu iki dəfə öldürmək istədilər, qəbrinin yeri üç dəfə dəyişildi, oğlu repressiya qurbanı oldu – Həsən bəy Zərdabinin film kimi həyatı

0
602

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 145 il ötür.

İlk mətbu orqanımız olan “Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabi haqqında tarixi faktları təqdim edirik:

Böyük mücadilələrdən və xeyli əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşri baş tutdu. Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulub.

Onu iki dəfə öldürmək istədilər, qəbrinin yeri üç dəfə dəyişildi, oğlu repressiya qurbanı oldu – Həsən bəy Zərdabinin film kimi həyatı

Həsən bəy Zərdabi Moskva Universitetini bitirdikdən sonra Tiflisdə torpaq idarəsində çalışmağa başlayır. Onun Borçalıda islahat prosesində torpaqların kəndlilər arasında doğru-düzgün bölüşdürməsi yerli bəylərin ürəyincə olmur və burda Həsən bəy Zərdabiyə sui-qəsd təşkil olunur. Lakin Tiflisdə dövlət qulluğunda olan M.F.Axundovun müdaxiləsi ilə sui-qəsd cəhdi uğursuz olur.

“Əkinçi” qəzetinin mətbəəsində fəhlə işləyən erməni Minasovun jandarm idarəsinə xəbərçiliyi qəzetin qapanmasına səbəb olmuşdu. Onun böhtan dolu donoslarının açıqlanması zamanı Minasov həyasızcasına Həsən bəy Zərdabinin üzünə durmuşdu. Həsən bəy Zərdabiyə Qafqazda iş verilməsi qadağan edilmişdi.

1868-ci ilin 28 fevralında məhkəmədə barışıq məhkəməsinin katibi vəzifəsinə təyin olunan H.Zərdabi burada ideoloji haqsızlıqlara qarşı mübarizə aparır. Nəticədə Quba bəyləri Zərdabini öldürmək qərarına gəlirlər. Bu səbəbdən Zərdabi Qubada da uzun müddət işləyə bilmir. 1868-ci ilin 4 oktyabrında məhkəmənin katibi vəzifəsindən kənarlaşdırılır. 1869-cu ilin noyabrınadək işsiz qalan Həsən bəy Şamaxıda şəxsi vəkilliklə məşğul olur.

Onu iki dəfə öldürmək istədilər, qəbrinin yeri üç dəfə dəyişildi, oğlu repressiya qurbanı oldu – Həsən bəy Zərdabinin film kimi həyatı

Həsən bəy Azərbaycanın ilk maarifçi qadınlardan biri olan Hənifə xanım Məlikova ilə ailə qurub.

Dörd qızı, iki oğlu olub. İkinci qızı Fatimə 3 yaşında, üçüncü qızı isə 1 yaşında qəfil dünyasını dəyişib.

Böyük qızı Pəri xanım Tobçubaşova Azərbaycanın ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı olub. Fransada mühacirətdə olan Əlimərdan bəy Topşubaşov və Pəri xanım Topçubaşova elə orada da dəfn olunublar.

Onu iki dəfə öldürmək istədilər, qəbrinin yeri üç dəfə dəyişildi, oğlu repressiya qurbanı oldu – Həsən bəy Zərdabinin film kimi həyatı

Həsən bəyin böyük oğlu Midhəd Məlikov Almaniyada ali mühəndislik təhsili alıb. Ermənilərin donosu və üzədurması ilə 1937-ci ildə güllələnib, 1990-cı ildə isə bəraət alıb. Mənbələrdə yazılan məlumata görə, Midhəd bəy Məlikov Lənkəranda öz hesabına, Xanbulaqçay üzərində su elektrik stansiyası qurmaq niyyətində idi. Elə oradan qolları qandallı Bakıya gətirilib güllələnib. İkinci Safvet Məlikzadə isə itkin düşüb. Sonralar Ankarada yaşadığı bəlli olub.

Onu iki dəfə öldürmək istədilər, qəbrinin yeri üç dəfə dəyişildi, oğlu repressiya qurbanı oldu – Həsən bəy Zərdabinin film kimi həyatı

Faciələr Həsən bəy Zərdabi nəslindən, doğmalarından yan keçməyib. Belə ki, onun əmisi uşaqları – Həmdulla bəy Məlikovun, Xanlar bəy Məlikovun ailəliklə Orta Asiyaya sürgün edilib, Xanlar bəy Məlikovun böyük oğlu Cəmil bəy Məlikovun istintaqsız, məhkəməsiz güllələnib.

Mingəçevir Su Elektrik Stansiyasının ilk ideyasını Həsən bəy Zərdabi verib. Hələ o vaxt demişdi: “Mingəçevir ərazisində, köhnə poçtun yerində su elektrik stansiyası qurularsa, Milin, Muğanın susuzluqdan sinəsi cadar-cadar olmuş düzənlikləri, şoran torpaqları gülüstana çevrilər.”

Həsən bəy Zərdabinin ortancıl qızı Qəribsoltan xanım Məlikova ömrünü müəllimliyə həsr edib. SSRİ Xalq artisti, sabiq mədəniyyət naziri Rauf Hacıyevin anası Nanə xanımla doğma Zərdaba köçən Qəribsoltan xanım heç vaxt xanım ərə getməyib, övladı olmayıb. O, görkəmli bəstəkar Rauf Hacıyevin təlim-tərbiyəsi ilə məşğul olmuş, onun ərsəyə çatmasında xüsusi xidmətləri olub.

Onu iki dəfə öldürmək istədilər, qəbrinin yeri üç dəfə dəyişildi, oğlu repressiya qurbanı oldu – Həsən bəy Zərdabinin film kimi həyatı

Zərdabinin ictimai-siyasi fəaliyyətindən razı qalmayan Bakı qubernatoru onu mütəmadi izləyərək “siyasi cəhətdən təhlükəli və etibarsız” hesab edib. Nəticədə, 1877-ci ilin sentyabr ayında “Əkinçi” qəzeti çar hökuməti tərəfindən bağlanır. 1878-ci ildə isə Zərdabi Yekaterinodar (Krasnodar) Şəhər Gimnaziyasına müəllim göndərilmək adı ilə Bakı gimnaziyasında müəllimlikdən azad edilir və Bakıda qalması lazım bilinmir.

Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova xatirələrində yazır: “Həsən bəy Dumadan elə əsəbi gəlmişdi ki, artıq onun yaşaması mümkün deyildi… O, əsəbi halda dedi ki, erməni həyasızlığı gör nə yerə çatıb ki, milləti qırğına vermək üçün mənə rüşvət təklif edirlər. Duma üzvü Ambarsum Həsən bəyə 8 min manat rüşvət gətirir ki, təki o, …sussun.”

1873-cü ildə Zərdabinin təşəbbüsü və rəhbərliyi ilə Bakı Real Gimnaziyasının binasında M.F.Axundovun “Hacı Qara” komediyasının tamaşaya qoyulur. Bununla da Azərbaycanda Milli Teatrının əsasını qoyur.

Həsən bəy Zərdabi ölümünə yaxın insult keçirir. Danışa bilməsə də, o, buna fikir verməyərək ölümünə qədər “Kaspi” qəzetində vəzifəsini davam etdirir.

Böyük mütəfəkkir 1907-ci il noyabrın 28-də vəfat edib. Üç dəfə qəbir yeri dəyişdirilən Həsən bəy Zərdabinin nəşi nəhayət layiq olduğu yerdə – Fəxri Xiyabanda torpağa tapşırılıb