Onlayn satışda tarixi rekord

0
446

Bu gün Çində qeyd olunan “Yalnızlar günü” (Subaylar günü) ilə əlaqədar böyük endirim kampaniyası çərçivəsində onlayn satışda yeni rekord qeydə alınıb.

“Alibaba” internet ticarət şirkətinin yerli vaxtla gecə saat 00:00-da başlayan kampaniya çərçivəsində 1 dəqiqə 36 saniyə ərzində 10 milyard yuan dəyərində (1,43 milyard ABŞ dolları) mal sifariş edilib. Ötən il 10 milyard yuanlıq satış 2 dəqiqə 5 saniyə ərzində reallaşmışdı.

Qeyd edək ki, Çinin ticarət şəbəkələri hər il 11-ci ayın 11-də “Yalnızlar günü” ilə əlaqədar alıcılara böyük endirimlər təklif edir. “Alibaba” şirkəti 2009-cu ildən etibarən özünün onlayn satış platformalarındakı mağazalardan müştərilərə noyabrın 11-də böyük endirimlərin tətbiqini tələb edir. Proqnozlara görə, bu ilki “Yalnızlar günü”ndə 500 milyon alıcı “Alibaba”nın onlayn platformalardan mal sifariş edəcək. Ötən il noyabrın 11-də 30,8 milyard dollarlıq mal satılmışdı.