1988-ci ildən dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir.
QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.
Azərbaycanda da bu problem daim nəzarətdədir. Bu baxımdan Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) İİV epidemiyasına qarşı tədbirləri həm sərbəst olaraq, həm də metodiki baxımdan təşkil edir, onları xəstəliyin təsir dərəcəsi ilə bağlı tənzimləyir və icrası üzərində nəzarət aparır.