O igidlərə çox şey borcluyuq

0
94

Bu gün Qəbələ rayon Tüntül kənd şəhid Agayev Tapdıq Cingiz oglunun 4- cü il dönümü qeyd olundu.

Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Tüntül kənd sakinləri, axundlar, yazarlar, Qəbələ TV, Oğuz şəhid ailələri, Qəbələ şəhid ailələri , qazilər , təşkilat rəhbərləri iştirak etdilər.

Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.
Şəhidin qəhrəmanlıgından danışılmış , ailəsinə başsağlığı verilmişdi.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.

Ağayev Tapdıq Çingiz oğlu 2 Dekabr 1990-cı ildə Qəbələ rayon Tüntül kəndində anadan olub. 1996-2005-ci illərdə Murtuzov Müşviq adına Tüntül kənd məktəbində orta təhsil alıb. 2006-ci ildə Bakı Sənaye-Pedaqoji kollecinə daxil olub. 2010-cu ildə təhsilini başa vuraraq oktyabr ayında xidmətə yola düşüb. Xidmətini Qusar rayonunda yerləşən N saylı hərbi hissədə 2012-ci il aprel ayında başa vurub. 2016-ci ildə yenidən öz istəyi ilə Bakı şəhərində N saylı Hərbi hissədə müddətdən artıq hərbi xidmətə başlayıb. Həmlə taborunda baş atıcı kimi xidmət edən Tapdıq 27 sentyabr Vətən müharibəsi başlayan zaman cəbhəyə yola düşüb. 8 oktyabrda Füzuli, Cəbrayıl istiqamətində 25 döyüş yoldaşı ilə birlikdə şəhid olub. 22 gün neytral zonada qalan Tapdıq 29 oktyabrda neytral zonadan götürülüb. 30 oktyabrda doğuldugu Qəbələ rayon Tüntül kəndində xalqın böyük iztihamı ilə kənd qəbristanlığında dəfn olunub.
O, bir bacının bir qardaşı idi. Tapdıq 2018-ci ildə ailə həyatı qurmuşdu və bu evlilikdən azyaşlı bir oğlu var. Şəhidin həyat yoldaşı Gülşən xanım deyir ki:” oğlum Uğuru atası kimi şərəfli və atası kimi mərd bir oğul böyüdəcəm.

Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri