Amerika Birləşmiş Ştatlarında (ABŞ) yeni növ koronavirusun ən çox ziyan vurduğu Nyu-Yorkda 5 mindən çox insanın ölüm səbəbinin qeydlərdə müəyyən edilmədiyi üzə çıxıb.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) tərəfindən 11 mart-2 may tarixləri arasında Nyu-Yorkda ölənlərin sayını araşdırıb.
Tədqiqat zamanı bu tarixlər arasındakı 24172 ölümdən 18879’un COVID-19-la birbaşa və ya dolayı yolla əlaqəli olduğu müəyyən edilib.
Məruzədə bildirilir ki 5.293 ölümün virusla əlaqəli olub olmadığı bilinmir: “Bu əlavə ölümlərin COVID-19-la birbaşa və ya dolayı əlaqəsi olub-olmadığı bilinmir və əlavə araşdırma tələb olunur.”