Novruz milli- mənəvi dəyərləri nümayiş etdirən anlayış, xalqın fəlsəfəsidir”- YYSİB sədri, kulturoloq Aydın Xan Əbilov

0
148

Novruz təkcə xalqımızın sivilizasiya yolu, ilin təhvil verilməsi, yeni ilin gəlişi bayramı deyil, eyni zamanda indiyə qədər qazandığı milli- mənəvi dəyərləri nümayiş etdirən anlayış, xalqın fəlsəfəsidir”.

Bu sözləri Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.

O qeyd edib ki, Novruza dəyər vermək etnoqrafik,folklor kimi yox, həm də qlobal mənada geokulturoloji alətə çevirmək mümkündür:

“Novruz bayramı və Novruz mərasimləri, eyni zamanda ilaxır çərşənbələrlə bağlı beynəlxalq aləmdə və Azərbaycan daxilində yarım əsrdən çoxdur tədbirlər görülür. Xüsusilə Heydər Əliyev hakimiyyətə 1-ci və 2-ci gəlişində çox böyük işlər görüb. İstər kinofilmlər, istər televiziya verilişiləri, istər Azərbaycanın böyük şəhərləri,hətta kəndlərində belə Novruz bayramı təmtəraqlı qeyd edilməsi bizim əsrlər boyu mənsub olduğumuz xalqın kulturoloji kreativ dəyərlərini həm yeni nəslə, həm beynəlxalq aləmdə tanıdılması üçün atılan möhtəşəm addımlardır. Novruz təkcə xalqımızın sivilizasiya yolu, ilin təhvil verilməsi, yeni ilin gəlişi bayramı deyil, eyni zamanda indiyə qədər qazandığı milli- mənəvi dəyərləri nümayiş etdirən anlayış, xalqın fəlsəfəsidir. Novruza dəyər vermək etnoqrafik,folklor kimi yox, həm də qlobal mənada geokulturoloji alətə çevirmək mümkündür. Heydər Əliyev Fondu cənab prezident İlham Əliyev və Mehriban xanımın rəhbərliyi altında UNESCO-nun qeyri-maddi sərvətlər siyahısına daxil edilib. Novruz İrandilli və türkdilli xalqların birgə bayramı kimi qeydə alınıb. Novruzun geopolitik və geobiznes dəyəri də var. Biz elə bir arealda yaşayırıq ki, burada həm Şərq, həm Qərb, həm xristianlıq, atəşpərəstlik birləşir. Biz bundan istifadə edib Novruz və çərşənbə bayramlarını kreativ biznesin formatına çevirməliyik. Bununla bağlı işlər görülür. Azərbaycanın hər yerində, o cümlədən Qarabağda Novruz bayramı təmtəraqlı qeyd ediləcək. Həm daxili,həm xarici turizmin inkişafına çox böyük tekan verəcək. Eyni zamanda otellərimiz, qida,nəqliyyat sənayemizin inkişafına təkan verəcək”.