Novruz bayramı yaxınlaşır: Otellər doludur, bəs qiymətlər və xidmətlər necədir? VİDEO

0
375

Hər il Novruz bayramı ərəfəsində rayonlarımıza turist axını çoxalır. Bu da ən çox bölgələrdəki hotel sahiblərini sevindirir. Belə ki, sifarişlər artığından qiymətlər də yerində saymır. Təlabata paralel olaraq qiymətlər yüksəlir. 

Artıq İsmayıllıdakı mehmanxanalara sifarişlər başlayıb. Rayonda eyni zamanda fərdi kirayə evlərə də təlabat çoxalıb. Qiymətlərdə də artım müşahidə olunur. 

Qubalı mehmanxana inzibatçıları isə qiymət artımının olmadığını bildirirlər. Ancaq bayram yaxınlaşdıqca bu rayona da turist axını çoxalır.

Turizm şirkətlərindən birinin sahibi Elgün babayev deyir ki, bu il də bayram günlərində hotellərin qiymətində artım müşahidə edilir.

Elgün Babayevin sözlərinə görə, artıq bəzi rayonlardakı mehmanxanalarda boş yer qalmayıb. 

Elgün Babayev deyir, əgər 4 ulduzlumehmanxanalardabir nəfərin bir gün qalması 80 manata başa gəlirdisə, Novruz ərəfəsində bu qiymət 100 manata qədər artıb. Bayramı paytaxt otellərində qeyd etmək istəyənlər isə daha çox xarici vətəndaşlardır.