Novruz Aslanın ismayıllılarla məzmunlu görüşləri davam edir

0
50

Məlum olduğu kimi, 89 saylı İsmayıllı Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Novruzəli Davud oğlu Aslanov seçki marafonuna qoşulub. Seçki Qərargahından verilən məlumata görə, sentyabr ayının 1-də Milli Məclisdə keçiriləcək seçkilərdə 89 saylı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Novruzəli Davud oğlu Aslanovla ( Novruz Aslan), təbliğat planına uyğun olaraq, təbliğatın beşinci gününün ilk görüşü İsmayıllı rayonunun Mollaisaqlı kəndində olub.
Novruz Aslan görüşə gələn kənd sakinlərini salamlayıb və öz platformasından çıxış edərək maraqlı məqamları seçicilərin nəzərinə çatdırıb, platformaya uyğun olaraq həyata keçirəcəyi tədbirlərlə tanıəş edib.
O, Vətən müharibəsində, Qisas əməliyyatında və 1 günlük antiterror əməliyyatlarında canlarını fəda edən şəhidlərimizin və qazilərimizin keçdikləri şərəfli ömür yollarından və qalib ölkəmizin regionda və dünyadakı artan nüfuzundan danışıb.
Görüşdə iştirak edən Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, yazıçı-jurnalist Xeyrulla Dəniz, kənd ağsaqqalı İldırım Məsimov, qazi atası Həsən Həsənov çıxış edərək Novruz Aslanın İsmayıllı və ölkəmiz üçün xidmətlərindən bəhs ediblər.
Sonra deputatlığa namizəd Novruz Aslan kənd sakinləri ilə səmimi söhbət edib, onları maraqlandıran sualları verərək, kəndin qayğılarından danışıb.
Məlumat üçün bildirək ki, təbliğat kompaniyası avqustun doqquzundan başlayıb və bu, Novruz Aslanın seçicilərlə on yeddinci görüşüdür.