Nikol bu əraziləri Azərbaycana veriləcəyini elan etdi – Qazaryan

0
28

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə KTMT ilə bağlı açıqlamaları ilə Sünik (Zəngəzur – red.) və Vayots Dzorun (Dərələyəz mahalı – red.) Azərbaycana təhvil veriləcəyini elan etmiş oldu.

Bu iddia ilə erməni ekspert Edqar Qazaryan çıxış edib.

O, Paşinyanın son açıqlamalarının erməni xalqına mesaj olduğunu bildirib:

“Baş nazir Ermənistanın KTMT-yə dönüş yolunun artıq olmadığını dedi. Yəni Azərbaycanla hərbi qarşıdurma olarsa, bu təşkilata mütaciət etməyəcəyik. Çünki o, KTMT-nin buna mane olmayacağını deyib. 2024-cü ildə Rusiya hərbçiləri İrəvanın tələbi ilə Zəngəzurdan çıxarıldı. Həmçinin Azərbaycanla sərhəddə yerləşən qoşunların 17 bazası da ləğv olunub. Bunların bəziləri Kərki yaxınlığında yerləşirdi”.

Qazaryan xatırladıb ki, Ermənistan Rusiyaya Qafanda konsulluq açmağa icazə vermir. O, bunu guya sözügedən “ərazilərin təhvilinə indidən şərait yaratmaq” kimi təqdim etməyə çalışıb.

“Paşinyanın son çıxışı məhz bunun elanı idi”, – deyən E.Qazaryan dolayı yolla Ermənistanın təxribata hazırlaşdığını etiraf edib.