Netanyahunu hədələdi, raket zərbələri ilə öldürüldü

0
20

“Hizbullah”ın informasiya xidmətinin rəhbəri Məhəmməd Afif öldürülüb.

Bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.

Məlumata görə, o, İsrailin Beyrutun mərkəzindəki Ras-ən-Nəba bölgəsinə ən azı iki raket zərbəsi endirməsi nəticəsində ölüb.

Afif həmin vaxt suriyayönlü Ərəb Sosialist İntibah Partiyasının qərargahının yerləşdiyi binada olubmuş.

Xatırladaq ki, Məhəmməd Afif ötən ay İsrail Baş naziri Benyamin Netanyahunu hədələmişdi.