Neft bir günün içində kəskin ucuzlaşdı: Səbəb bəllidir

0
16

“Brent” markalı neftin fyuçersləri aprelin 9-dan bəri ilk dəfə bir barel üçün 59 dollardan aşağı düşüb.

Bunu ICE birjasının məlumatları sübut edir.

WTI markalı neftin bir barelinin qiyməti 55,4 dollara düşüb. Neft qiymətləri dörd il əvvəl, 2021-ci ilin martında bu səviyyədə olub.

Ötən həftənin sonu ilə müqayisədə üç faizdən çox azalma OPEC+-ın ikinci sərt qərarı ilə bağlı olub. Bir ay əvvəl olduğu kimi, saziş tərəfləri neft hasilatını sutkada 411 min barel artırmaq barədə razılığa gəliblər ki, bu da planlaşdırılandan üç dəfə çoxdur və bazar gözləntilərini üstələyir.