“Ölkənin qoyduğu qaydalara riayət etməyən obyektlər bağlanacaq”.
Bunu qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
O qeyd edib ki, qadağalar pozulduğu təqdirdə cərimələr tətbiq olunacaq:
“Vəziyyətə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi, Bakı Şəhər Ticarət Departamenti, Daxili İşlər Nazirliyi cərimələri tətbiq edəcək. Qaydalara riayət etməyən obyektlər bağlanacaq”.
İ.Məmmədov bildirib ki, ərzaq çatışmazlığının yaranacağı ilə bağlı yayılan məlumatlar yalandır:
“Hazırda ərzaq ehtiyacımız tam təmin olunub”.