“Hər bir xalq üçün özünəməxsus yeri olan şəhərlər var, Azərbaycan üçün belə bir şəhər Şuşadır”.
bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Şuşa şəhərində “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bildirib.
Nazirin sözlərinə görə, 30 illik erməni işğalı Azərbaycan ərazilərində, o cümlədən Şuşa şəhərində mədəni abidələr də daxil olmaqla böyük dağıntılara səbəb olub:
“Amma artıq münaqişə keçmişdə qaldı, Azərbaycan sülhün və mehriban qonşuluq münasibətlərinin bərqərar olmasına tərəfdardır”.
A.Kərimov Şuşanın 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı seçildiyini xatırladaraq, gələn il bununla bağlı bayram tədbirlərinin keçiriləcəyini diqqətə çatdırıb.
O, çoxsaylı dövlətlərin sülh və mədəniyyətin inkişafına fəal töhfə verən Bakı prosesinə qoşulduğunu vurğulayıb.