Böyük Britaniyanın Xarici İşlər nazirinin müavini Mark Fildin “Greenpeace” hərəkatının fəalı olan qadına qarşı kobud davranması etirazla qarşılanıb.
Londonda lord-merin iqamətgahında rəsmi şam yeməyi zamanı bir neçə fəal gizli şəkildə iqlim dəyişikliyi ilə mübarizə aparılmasının vacibliyini bildirmək üçün zala daxil olub. Fəallardan biri nazir müavininin yanına gələrkən Fild kobud şəkildə onu tutaraq divara çırpıb və boynundan tutaraq zaldan itələyib çıxarıb.
İnsidentdən sonra diplomat üzr istəsə də, onun haqqında xidməti yoxlamalara başlanılıb. Fild, hətta, müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.
Baş nazir Tereza Mey Fildin davranışını “ciddi narahatlıq doğuran hadisə” adlandırıb.