NATO-nun şərqə doğru irəliləməsi və Rusiya sərhədi yaxınlığında genişmiqyaslı təlimləri gözlənilməz nəticələrə səbəb ola bilər. Bu təlimlər NATO-Rusiya arasında gərginlik yaradır.
Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Qitədə Soyuq müharibə yenidən bərpa edilir. Avropa beynəlxalq münasibətlərdə inamını itirməyə başlayıb. Avropa münaqişə siyasətini izləmək əvəzinə, təhlükəsizlik sahəsində əməkdaşlığa diqqət etməli və beynəlxalq müqavilələri dəstəkləməlidir”, – nazir bildirib.