Natiq Məmmədov yenidən bu vəzifəyə təyin olundu

0
944

Nazirlər Kabineti Aparatının rəhbərinin müavini postu yenidən bərpa edilib.

Yenidən bu vəzifəyə Natiq Məmmədov təyin olunub.

Qeyd edək ki, Natiq Məmmədov 2018-ci ildə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini vəzifəsindən azad olunaraq, Nazirlər Kabineti Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilmişdi.

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Nazirlər Kabineti Aparatının yeni strukturunda Nazirlər Kabineti Aparatının rəhbərinin müavini və köməkçiləri postları ləğv edilmişdi.