Ətrafımızda bizə ağıl verməyə çalışan çox adam olur.
Təbii ki, savadsız və dünyagörüşü zəif olanlar bu məsləhətlərdən bəhrələnir. Təəssüf ki, bu da həmişə xoş nəticələr vermir.
Amma artıq müasir dövrdə bir çox cavanlar belə bəzi yaşlılardan daha çox biliyə, təfəkkürüə, zəkaya malikdir. Biliyin yaradıcılığa, təcrübənin isə biliyin reallığını müəyyənləşdirməyə köməyi var.
Ona görə də həm cavanlardan, həm də yaşlılardan öyrənməli olduğumuz çox bilgi var.
Bu bilgilərin ünvanını müəyyənləşdirmək üçün isə dünya görüşümüz, inamımız, düzgün yönləndirmə əsasdır.
Heç kim təkbaşına doğru bilgilər almaq gücünə malik deyil.
Hər hansı sahəyə fərqli yanaşmaların olduğu müasir dövrdə təcrübələr üstünlük təşkil etsə də yeni yaradıcılıq mənbələrinə inam da xüsusi əhəmiyyət daşıyır.
Həyatımızın bütün sahələrində güclü irəliləyiş mövcuddur.
Hər kəs bu yürüşə qoşulmaq iqtidarında deyil. Kiminsə arxasınca “şütüməyi” də hər kəs qəbul edə bilmir.
-O zaman nə baş verir?
-Müasir təfəkkürün yaratdığı imkanlardan özünəməxsus istifdə etmək.
-Yararlananlar varmı?
-Dağıdanlar da var.
Bəli, əks halda biz kainatın unikal varlığına çevrilərdik.
Həyatın öyrəntiləri insanların varlığını dəyişmir, yaşantılarını dəyişir.
Aydın zəka ilahi vergidir. Bu zəkanın düzgün və ya yanlış yolla irəliləyişi isə irsi toxuma və ətraf mühit anomiyasına bağlıdır.
Düşüncələrimizin dərinliyi bizi real həyatdan ayırmasın.
İnsan psixologiyasının araşdırmaları uzun illərdir ki, davam edir. Hələ də biz çox sahələrdə olduğu kimi 100 faiz anlayışı əldə edilməyib.
Və biz mövcud bilgilərin hökm sürdüyü dünyada yaşam arzularımızın həyata keçməsi üçün bir ömür boyu zəka xislətimizə doğru yol açmalıyıq.
Natamam bilgilərlə bu yola çıxmamalıyıq. Yerində fırlanmaq, dağdam aşmaqdan yaxşıdır.
Bu dünyada bəziləri beyninin, ağlının, bəziləri əlinin, qolunun, bəziləri ayaqlarının, canının gücü ilə həyat sürür. Bütün bunlardan məhrum olanlar isə kiməsə möhtacdır.
Kamilliyin zirvəsində duran isə hələ ki, yoxdur. Çünki bilgilərin tamamına gedən yol bitmək bilmir…
Yenə uzaqlaşdım…
Ən yaxşısı, bacardığımızı öyrənək, bacardığımızı yaşayaq. Pisi yaxşı, yaxşını pis etmək heç kimin iqtidarında deyil.
Bu həyat mübarizəsində natamam bilgilər yol-yoldaşımız olmasın.
Sənubər