NASA planetin ən sirli görüntüsü sayılan “Marree Man”in görüntüsünü yayımlayıb. Avstraliyanın cənubunda yerləşən və əlində çubuq (yaxud bumeranq) olan ovçunun təsviri Operativ Yerüstü Skaner (OLI) tərəfindən çəkilib
Qeyd edək ki, bu heroqlif dövrümüzün ən böyük həll edilməmiş sirrlərindən biri olaraq qalır. 1998-ci ilin iyununda Avstraliyanın cənubu üzərindən uçuş həyata keçirən pilot yerdə nəhəng bir insan fiquru tapır. Murray şəhərindən təqribən 60 km qərbdə yerləşən fiqurun 4.2 km hündürlükdə olması və 28 km perimetri onu dünyanın ən böyük heroqliflərindən birinə çevirir. “Marree Man” o qədər böyükdür ki, onu yalnız 1000 metr yüksəklikdən görmək mümkündür.
Heroqlifin kim tərəfindən nə zaman və nə məqsədlə yaradıldığı bu gün də naməlum olaraq qalır. Lakin nəhəng fiqur bu yerlərə olan marağı artırıb.
Ancaq 1998-ci ildə aşkarlanan fiqur zaman keçdikcə ilkin görünüşünü itirməyə başlayıb. Bundan narahat olan sakinlər GPS koordinantlardan istifadə etməklə onun əvvəlki vəziyyətinə gətirilməsi üçün beş günlük iməcliyə başlayıblar.
Bundan başqa onun zaman keçdikcə deqradasiyaya uğramaması üçün ətrafında ağaclar əkilməyə başlayıb. Bu da o deməkdir ki, “Maree Man” gələcəkdə yaşıl adam ola bilər.