NASA-nın kosmosa göndərdiyi 4 ton yükdə nələr var?

0
103

NASA “SpaceX”-in “Falcon 9” raketi ilə “NG-20 Cygnus” robot təchizat kosmik gəmisini 4 ton yüklə kosmosa göndərib.

Gəmi ABŞ-ın Florida ştatındakı Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından SpaceX-in Falcon 9 raketi ilə uğurla orbitə buraxılıb. “NG-20 Cygnus” robot təchizat gəmisində elmi tədqiqat üçün alətlər və avadanlıqlar, ekipaj üçün materiallar və ləvazimatlar olub.

Buraxılış “Northrop Grumman”ın Beynəlxalq Kosmik Stansiyaya 20-ci kommersiya tədarük xidmətləri missiyası kimi qeydə alınıb. “Falcon 9” raketi “NG-20 Cygnus” robotik təchizat kosmik gəmisindən ayrıldıqdan sonra yerə qayıdıb.