NASA-nın keçmiş astronavtı Leroy Çiao təyyarəsi ilə uçarkən az qala sirli “metal kürələr”lə toqquşacaqdı.
Bu barədə “The New York Post” məlumat yayıb.
Onun sözlərinə görə, UNO ilə qarşılaşma 2023-cü ilin avqustunda Texas ştatı üzərində baş verib. Çiao Koloradodan Hyustona gedən təyyarəsini idarə edib. Astronavt iki kilometr yarım hündürlükdə olanda qəribə cisimləri görüb. Onun sözlərinə görə, təyyarənin altında sol tərəfdə iki böyük metal kürə dayanıb.
Çiao əlavə edib ki, o, sferaların təxminən bir saniyə baxış sahəsində olmasına baxmayaraq, onlara yaxşı nəzər salmağı bacarıb. Astronavt qeyd edib ki, obyektlər təyyarənin radarında göstərilməyib və nəzarətçi onlar haqqında heç bir məlumat verməyib.
Dekabrın 13-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp amerikalıların müşahidə etdiyi sirli dronları vurmağa çağırıb. O, etiraf edib ki, bütün ölkədə “sirli dronlar” peyda olur. Tramp qeyd edib ki, hökumətin xəbəri olmadan bunun baş verməsi mümkün deyil.